• Natural Resources for Sustainable Development in Eurasia.


Azərbaycan hasilat sənayesinin məlumat açıqlığının inventarizasiyası və qiymətləndirilməsi

03 Январь, 2019 184

Müəllif: İnqilab Əhmədov, Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzinin direktoru

Резюме :

Hazırkı hesabatın əsas məqsədi hasilat sənayesində hesabatlılığı və məlumatların ictimaiyyətə açıqlığının mövcud durumunu inventarizasiya edib, məlumat əlçatanlığını qiymətləndirməkdir. Hasilat Sənayesi Məlumat Bazasını (HSMB) müəyyənləşdirmək üçün metodoloji əsas kimi Təbii Resursların İdarəedilməsi İnsititutunun (NRGİ) yanaşması, Təbii Resurslar Xartiyası (NRC), Təbii Resursların İdarəedilməsi İndeksi (RGİ) və Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünün (EİTİ) Standartı (2019) və tələbləri əsas götürülür. Hesabatda hasilat sənayesinin dəyər zəncirinin hər komponenti üzrə qiymətləndirmə aparılır, məlumat əlçatanlığının, habelə bu sahədə beynəlxalq standartın tələblərini nəzərə almaqla, məlumatın keyfiyyətinin səviyyəsindən asılı olaraq, 4 pilləli qiymətləndirmə (əla, yaxşı, zəif, pis) təklif edilir. Son illərdə informasiyaya çıxışla bağlı ölkədə baş verən bəzi trendlər eyni zamanda hasilat sənayesi məlumatlarına da təsirsiz ötüşməyib. Bu trendlər aşağıdakılardır: 1. Beynəlxalq tələblərin sərtləşməsi kontekstində ölkədə informasiya sahibləri ümumən məlumat bazasını genişləndirməyə məcburdur 2. Eyni zamanda informasiya sahibləri bu işi informasiyaya çıxışı doğurdan da yaxşılaşdırmaqdan daha çox, öz hesabatlılığını yaxşılaşdırmaq üçün edirlər 3. Bu səbəbdən bir sıra informasiya sahibləri yaradılmış yeni portalların populyarlaşmasında maraqlı deyillər, intuitiv olaraq hiss edirlər ki, elektronlaşdırma son anda onların lazımlılığını təsirli dərəcədə azaldacaq 4. İnformasiyaya çıxışla bağlı qanunvericlik 2010-cu ilə qədər daha proqressiv idi. Son dəyişikliklər bir sıra hallarda informasiyaya çıxışla bağlı mühiti daha ağır etdi və burada Rusiaynın təsirinin kifayət qədər rolu oldu 5. Məlumata çıxış yalnız qanunverici və informasiya texnologiyası bazasının təkmil olmasından yox, həm də səmərəli maarifləndirmə işindən keçir. Hazırda ölkədə informasiyaya məhdidiyyətsiz və rahat çıxışla bağlı aşağıdakı maneələr mövcuddur: Qanunvericiliklə bağlı maneələr: 1. Bütövlükdə informasiyaya çıxışla bağlı qanunverici baza zəifdir. Qanunlarda əks olunsa da, əksər məlumatların açıqlığı informasiya sahibləri üçün məcburi xarakter daşımadığından bəziləri bundan sui istifadə edib, “mənə xüsusi tapşırıq olmalıdır”, yanaşmasına üstünlük verir. 2. İnformasiya əldə etmək haqqında qanun köhnəlib, zamanla ayaqlaşmır, bəşəriyyərin onlayn dövrünə qədəm qoyduğu zamanda bəzi dövlət qurumları sorğu və xüsusi icazə sisteminə üstünlük verməkdə davam edir. 3. Qanunverici baza daha geniş olmalıdır, “Yerin təki haqqında” qanun təkmilləşdirilməli, lisenziyalaşdırma prosesi daha aydın əksini tapmalı, şəffaflıq prinsipləri daxil edilib, qanun daha müasir edilməlidir. 4. HPBS qanun statusunu malik olsa da praktikada qanun kimi davranılmır, kommersiya sirri bəhanəsi ilə imzalanmış əksər sazişlər qapalı saxlanılır. Sazişlərdə bir qayda olaraq “bütün tərəflərin razılığı olmalıdır” müddəası informasiya açıqlığı üçün ciddi maneə rolunu oynayır. 5. Neft Fondu ümumilikdə şəffaf və hesabatlı olsa da, qanunverci bazası zəifdir. Fondun idarə edilməsi və fəliyyyəti heç bir qanunla tənzimlənmir. Qeyd etmək lazımdır ki, beynəlxalq aləmdə məlumatların açıqlığı ilə bağlı ənənəvi yanaşma, informasiya sorğuları, məlumatların müvafiq nəşrlərdə dövrü olaraq dərc edilməsi və s. artıq aktuallığını itirir. İnformasiya texnologiyalarının sürətlə inkişafı məlumat açıqlığını tələb kimi qoymaqla yanaşı, həm də rutin bir işə çevirir. Yəni, informasiya sahibi gündəlik fəaliyyətində həm də ictimaiyyəti məlumatlandırmağı işinin tərkib hissəsi sayır, İT imkanları isə öz növbəsində bu işi asanlaşdırır və istifadəçi üçün münasib (user friendly) edir. Hasilat sənayesi ümumən ətraflı məlumat bazasına malik olsa da müasir tələblərə cavab vermir. Məlumatlar əsas etibarı ilə kəmiyyət xarakteri daşıyır və daha çox ənənəvi hasilat göstəricilərini və sənayenin texniki tərəfini xarakterizə edən göstəricilərdən ibarətdir.

Следите за нашими новостями:
Есть отзыв?