• Natural Resources for Sustainable Development in Eurasia.


Avrasiya Bilik Mərkəzi tərəfindən "COVİD-19 Pandemiyasının Azərbaycan İqtisadiyyatına təsirləri" mövzusunda webinar təşkil edildi

10 Август, 2020 662

7 Avqust 2020-ci il tarixində Avrasiya Bilik Mərkəzi tərəfindən "COVİD-19 Pandemiyasının Azərbaycan İqtisadiyyatına təsirləri" mövzusunda webinar təşkil edildi.

Webinarda 40a yaxın insan fəal iştirak etdi. Dövlət Statistika komitəsi, Maliyyə Nazirliyi və Dövlət Neft Fondu kimi dövlət orqanlarının və ölkədə fəaliyyət göstərən xarici maliyyə institutlarının nümayəndələri habelə akademik təmsilçilər ve müstəqil eskpertlər də webinarda aktiv iştirak edərək, COVID-19-un Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə mənfi təsirlərini müzakirə etdilər.

Avrasiya Bilik Mərkəzinin ekspertləri, İnqilab Əhmədov, Azər Mehtiyev, Rövşən Ağayev və Samir Əliyev «COVID-19»-un makroiqtisadi təsirləri, ARDNF-in imkanları, Dövlət Büdcəsinin vəziyyəti və SOCARın üzləşdiyi çətinliklər ilə bağlı araşdırmalarını təqdim etdilər.

Ekspertlərin təqdimatlarından sonra dövlət qurumları və vətəndaş cəmiyyəti nümayəndələri öz suallarını ekspertlərə ünvanladılar, mövcud vəziyyət və COVID-19-un yaratdığı çətinliklərin həlli yolları barədə müzakirələr apardılar.

Qeyd edək ki, COVİD-19 pandemiyasının ölkə iqtisadiyyatına təsirləri ilə bağlı ilk dəfədir əhatəli hesabat hazırlanıb. Hesabat İngilis dilinə tərcümə edildikdən sonra, Azərbaycan və İngilis dillərində Avrasiya Bilik Mərkəzinin websaytında yerləşdiriləcək.

Hesabatın nəticələri və tövsiyyələr müvafiq dövlət qurumlarına təqdim ediləcək və onlarla daxili müzakirələr aparılacaq.

Webinara baxmaq üçün klikləyin

Hesabatla tanış olmaq üçün klikləyin

Следите за нашими новостями:
Есть отзыв?